Modern.az

Lukaşenko Zelenskiyə nə deyib...

Lukaşenko Zelenskiyə nə deyib...

Dünya

27 Fevral 2022, 22:03

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskini əmin edib ki, Belarusdan Ukraynaya raketlər, təyyarə və helikopterlər uçmayacaq. Belarus qoşunları Ukrayna dövlətinin ərazisinə girməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski Lukaşenko ilə telefon söhbətinin nəticələrindən danışarkən bildirib.

 

“Mən istəmirəm ki, Belarusdan Ukraynaya raketlər, təyyarələr və helikopterlər uçsun, qoşunlar girsin. O mənə bununla bağlı təminat verdi”, - Ukrayna Prezidenti deyib.

 

Məlumata görə, Zelenski və Lukaşenko razılaşıblar ki, Ukrayna nümayəndə heyəti rusiyalılarla heç bir ilkin şərt olmadan Ukrayna-Belarus sərhədinin Pripyat çayı rayonunda görüşəcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu