Modern.az

Zelenski Aİ rəsmisilə danışıqlar apardı

Zelenski Aİ rəsmisilə danışıqlar apardı

Dünya

27 Fevral 2022, 22:59

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ursula fon der Leyen məlumat yayıb.

 

O, Zelenskini Rusiyanın işğalına qarşı qətiyyətli müqavimətə rəhbərlik edən şəxs adlandırıb.

 

"Mən ona Ukraynanın müdafiəsini, iqtisadiyyatını və qaçqınları dəstəkləmək üçün gördüyümüz güclü və təcili tədbirləri, həmçinin Rusiya və Belarusa qarşı yeni sanksiyaları izah etdim”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu