Modern.az

ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə ÇAĞIRDI

ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə ÇAĞIRDI

Dünya

28 Fevral 2022, 09:00

ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etmək barədə düşünməyə çağırır, hələlik kommersiya çıxışı variantları mövcuddur.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

 

"Daha çox aviaşirkət Rusiyaya və Rusiyadan reysləri ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb. ABŞ vətəndaşları hazırda mövcud olan kommersiya variantları vasitəsilə Rusiyanı dərhal tərk etməyi düşünməlidirlər", - müraciətdə qeyd olunub.

 

Səfirlik xatırladıb ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu