Modern.az

Rusiya qadağalara məhəl qoymadı

Rusiya qadağalara məhəl qoymadı

Dünya

28 Fevral 2022, 09:26

Kanada Rusiya təyyarələrinin bu ölkə ərazisinə daxil olmasına qadağa qoyub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qadağalara baxmayaq, Rusiyaya məxsus kommersiya təyyarəsi Kanadanın hava məkanına daxil olub.

 

Kanadanın Nəqliyyat Nazirliyi "Aeroflot"un 111 saylı uçuşunu nəzərdən keçirəcəyini və müvafiq icra tədbirləri görməkdən çəkinməyəcəyini bəyan edib. 

 

"Flight Aware" uçuş izləmə saytında yer alan məlumata əsasən, təyyarə bazar günü Florida ştatının Mayami şəhərindən Moskvaya uçmaq üçün yola düşüb.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu