Modern.az

Bir nəslin faciəsi... - Odessada həlak olan azərbaycanlıların FOTOLARI

Bir nəslin faciəsi... - Odessada həlak olan azərbaycanlıların FOTOLARI

Aktual

28 Fevral 2022, 13:20

Dünən Ukraynanın Odessa şəhərində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 3 nəfər yerindəcə, bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Daha üç azərbaycanlı isə yaralanıb.

 

Odessada həlak olmuş azərbaycanlılar İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğludur. Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur. Vəfat edənlərdən ikisi - Rəhim və Nemət İsmayılovlar qardaşdır. Qabil isə Rəhim İsmayılovun oğludur. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.

 

Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov Modern.az saytına açıqlamasında bildirib ki, həlak olan şəxslər uzun illər Ukraynada yaşayıblar.

 

Məlum hadisənin təfərrüatına gəlincə, A.Məmmədov bunları deyib:

 

“Gecə saat bir iradələrində ailələri ilə birlikdə Odessadan Moldova sərhədinə gələrkən keçid məntəqəsində diverisya qrupu tərəfindən qarşıları kəsilib, onları avtomatla atəşə tutublar. 7-8 ailə olub, onlardan 7 nəfər güllələnib. Atışma nəticəsində 3 nəfər yerindəcə vəfat edib, 4 nəfər isə ağır yaralanıb. Həmin 4 nəfərdən biri - Salmanov Camal Mirzənəsir oğlu, vəfat edən qardaşların bacısı oğludur, o da bu gün xəstəxanda dünyasını dəyişib. Yerdə qalan 3 nəfər hazırda xəstəxanada müalicə alır. Vəfat edən 2 nəfər qardaş olub.

 

Ölənlərin meyitləri hazırda Ukraynada morqda saxlanılır. Azərbaycana gətirilməsi üçün çalışırlar, ancaq döyüş bölgəsi olduğundan çətinlik çəkirlər. Quru yolu ilə Moldovo sərhədinə keçirmək mümkün olsa, cəsədlər ölkəyə gətiriləcək. Onu da bildirim ki, həlak olan 3 nəfər Təkəqaya kəndindən, 1 nəfər isə Yellicəkənd kəndindəndir”.

 

Bələdiyyə nümayəndəsi, həmçinin qeyd edib ki, yaralanan Süleyman İsmayılov atışmada həlak olan Nemət İsmayılovun oğludur, digər iki yaralı isə onların bacısı oğlanlarıdır.

 

Odessada həlak olan azərbaycanlıların fotolarını təqdim edirik:

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi