Rus hərbçiləri Ukraynanın Xarkov şəhərini bombalamağa davam edir.
Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli Modern.az-a Xarkovdan son məlumatları verib.
Onun sözlərinə görə, şəhər rus hərbçilərinin bombalarının qurbanına çevrillib:
“Hazırda Ukraynanın Xarkov şəhərində həyacan siqnalı verilir. Gərgin vəziyyətdir, ciddi artilleriya atəşinə tutulması gözlənillir. Bir saatdan artıqdır ki, onsuz da şəhər atəşə tutulurdu, amma indi səslər daha yaxından gəlir. Dünən bir qrup vətəndaşımız buradan təxliyə olundu, Lvov şəhərinə çatıblar. Bu gün isə vətəndaşların göndərilməsi hələ dəqiq deyil. Çünki yolda təhlükəsizliklə bağlı təlimət yoxdur. Şəhər ağır şəkildə bombalanır”.