Yanvarın 19-da Binə Ticarət Mərkəzində kiçik sahibkaların icarə haqlarının artırılmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirmələri qarşıdurmaya səbəb olub. Etiraz aksiyası polis qüvvələri tərəfindən zorakılıqla dağıdıldı, onlarla aksiya iştirakçısı döyüldü, saxlanıldı, barələrində cinayət işi açıldı. Hadisə zamanı polislərdən də xəsarət alanlar oldu.
Modern.az saytının məlumatına görə, Milli Məclisin deputatı Azay Quliyev baş verən hadisəyə münasibət bildirib, qarşıdurmanı pisləyib.
” İnanıram ki, Binə Ticarət Mərkəzindəki narazılıq hökumət tərəfindən ciddi araşdırılacaq, vətəndaşların hüquq və mənafeləri müdafiə olunacaq”-deyə A.Quliyev qeyd edib.
Millət vəkili baş verən hadisəyə görə Binə Ticarət Mərkəzinin rəhbərliyini də qınayıb:
“Binə Ticarət Mərkəzinin sahibinin maddi maraqları sosial ədalət prinsipindən və ictimai sabitliyin davamlı təminatından üstün ola bilməz”.
Azay Quliyev polisin etirazçılar tərəfindən zorakılığa məruz qalmasından da təəssüfləndiyini və bunu edənlərin məsuliyyət daşıdıqlarını qeyd edib.
Modern.az