Modern.az

10 tələbəmiz Kiyevdən təxliyə olundu - RƏSMİ

10 tələbəmiz Kiyevdən təxliyə olundu - RƏSMİ

Diaspor

28 Fevral 2022, 17:38

Bir neçə gündür Kiyevdəki yaşayış binalarından birinin yeraltı avtodayanacağında çətin vəziyyətdə qalan 9 azərbaycanlı tələbə Ukrayna paytaxtını tərk edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, onların sıralarına daha bir tələbə soydaşımız qoşulub və qatarla Kiyevdən daha təhlükəsiz istiqamətə yola düşüblər.

 

Komitədən bildirilib ki, tələbələrlə daimi əlaqədədir, onların valideynlərindən və yaxınlarından narahat olmamağı xahiş edir.

 

Tələbələr uyğun şərait yaranan kimi Ukrayna ilə həmsərhəd olan ölkələrdən birinin ərazisinə keçiriləcək və oradan Azərbaycana təxliyə olunacaqlar. Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu