Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regional məsələləri, o cümlədən Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər. Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi vurğulanıb.
Moskva ilə Kiyev arasında atəşkəsin əldə olunması istiqamətində birgə addımların atılmasına dair razılıq əldə olunub.