Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınv və Rusiya Prezidentinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Rəsmilər Rusiyanın Ukraynaya hücumu ilə bağlı son vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, İbrahim Kalın bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla da telefon əlaqəsi saxlamışdı.