Bakı Metropoliteninin rəisi Tağı Əhmədov metroda təmizlik qaydalarına riayət etməyən sərnişinlərin cəzalandırılacağını bildirib. Modern.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlama verən Tağı Əhmədov qeyd edib ki, bu ilin yanvar ayının birindən etibarən metroda qapıların tutulub saxlanılması ilə bağlı cərimələrin tətbiqinə başlanılıb. Metropoliten rəisi həmçinin metroda siqaret çəkən, metronu zibilləyən şəxslərin 35 manat cərimə olunacağını bildirib.
T.Əhmədov daha sonra vurğulayıb ki, Bakı Metropoliteninin «28 May» stansiyasında başlanan təmir işlərinin sentyabrın 15-dək yekunlaşacaq.
Modern.az