Modern.az

“Ukrayna xalqının mübarizəsini yüksək qiymətləndiririk” - Ərdoğan

“Ukrayna xalqının mübarizəsini yüksək qiymətləndiririk” - Ərdoğan

Dünya

28 Fevral 2022, 22:21

“Rusiya ilə Ukrayna arasında sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüslərimizi davam etdirmişik və davam etdirəcəyik".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Biz Rusiyanın Ukrayna torpaqlarına hücumunu qəbuledilməz hesab edirik, Ukrayna administrasiyası və xalqının mübarizəsini yüksək qiymətləndiririk", - deyə Ərdoğan çıxışında bildirib.

 

Onun sözlərinə görə, rəsmi Ankara Montrö Konvensiyasının Türkiyəyə verdiyi səlahiyyətdən böhranın böyüməsinin qarşısını almaq üçün istifadə etmək barədə qərar qəbul edib:

 

"Türkiyə başda BMT, NATO və Avropa İttifaqı olmaqla, iştirak etdiyi qurumlar və ittifaqlar çərçivəsində üzərinə düşən vəzifələri ciddi şəkildə yerinə yetirib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu