Modern.az

UEFA “Qazprom”la əməkdaşlığı dayandırdı

UEFA “Qazprom”la əməkdaşlığı dayandırdı

Dünya

28 Fevral 2022, 22:28

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

"Bu gün UEFA “Qazprom”la bütün turnirlərdə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Qərar dərhal qüvvəyə minir və UEFA Çempionlar Liqası, UEFA milli komanda yarışları və "Euro-2024" daxil olmaqla, bütün mövcud müqavilələrə şamil edilir", - UEFA-nın qərarında qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu