Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Modern.az-ın “Haber Global”a istinadən verdiyi məlumata görə, iclasdan sonra mətbuata açıqlama verən Ərdoğan bəzi aktual məsələlərlə yanaşı Azərbaycanın Qarabağ zəfərindən də danışıb.
“Türkiyə Silahlı Qüvvələri indi dövlət çevrilişi və ya xunta ilə deyil, sərhədlərimizin qorunmasında və sərhədyanı əməliyyatlardakı uğurları ilə gündəmdədir. Qarabağ və işğal olunmuş ərazilər uğrunda döyüşən Azərbaycanın yanında olmağımız həm ölkəmizin, həm də Türkiyə Silahlı Qüvvələrinin tarixinə qızıl hərflərlə yazılan qələbədir”, - deyə Ərdoğan bildirib.