“Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdur” Modern.az-ın məlumatına görə, , bunu jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir bildirib ki, yeni tikiləcək təxminən 1500-dək ev qış fəsli olduğuna görə may ayına qədər təhvil veriləcək.
“Zəlzələ baş verən ərazidə tikinti işləri davam etdirilir və 37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir. İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakən rayonuna daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini davam etdirir. Yeni tikiləcək təxminən 1500-dək ev qış fəsli olduğuna görə may ayına qədər təhvil veriləcək".
K.Heydərov həmçinin bildirib ki, zəlzələ bölgəsində yeni tikilən məktəb və evlərin açarlarını təhvil verməklə iş bitmir.
Modern.az