Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon söhbətində Ukraynada getdikcə dərinləşməkdə olan müharibə əsas müzakirə mövzusu olub.
Eyni zamanda türkiyəli nazir amerikalı həmkarı Blinkenə Türkiyənin atəşkəsin əldə olunması üçün region ölkələri ilə təmasları barədə məlumat verib.