Yaponiya Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və ölkənin müdafiə naziri Sergey Şoyquya qarşı sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, buna Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəb olub.
Bundan başqa, şəxsi sanksiyalar Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə də şamil edilir.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, aşkar edilərsə, adları çəkilən şəxslərin Yaponiyadakı aktivləri dondurulacaq. Bundan əlavə, Rusiyanın 49 şirkəti və təşkilatına ixrac sanksiyaları tətbiq edilib.