Modern.az

Xerson şəhəri mühasirəyə alındı - VİDEO

Xerson şəhəri mühasirəyə alındı - VİDEO

Dünya

1 Mart 2022, 09:56

Ukraynanın Xerson şəhəri Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə hazırda Xerson şəhərində olan jurnalist Alena Panina bildirib.

 

Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhərdə postlar qurub.

 

“Şəhər faktiki olaraq mühasirəyə alınıb, bütün istiqamətlərdə çoxlu sayda Rusiya hərbçisi, hərbi texnikası var, onlar şəhərin çıxışında postlar qurublar”, - jurnalist deyib.

 

Qeyd edilib ki, Rusiya piyada qoşunları şərq tərəfdən şəhərə daxil olub və mərkəzə doğru irəliləyir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu