Modern.az

“Teleqraf” Media Qrupu 10 yaşını qeyd edir

“Teleqraf” Media Qrupu 10 yaşını qeyd edir

1 Mart 2022, 14:24

Bu gün “Teleqraf” Media Qrupunun fəaliyyətə başlamasının 10-cu ildönümüdür.

 

Modern.az xəbər verir ki, 2012-ci ildə təsis edilən media qrupunun “Gündəlik Teleqraf” qəzeti martın 1-də işıq üzü görüb.

 

Daha sonra qəzetin saytı – Teleqraf.com, bundan başqa, Publika.az və Axar.az saytları oxucuların görüşünə gəlib. Qısa müddətdə media qrupuna daxil olan saytlar ölkənin ən populyar media resurslarına çevrilib.

 

Peşəkar komanda formalaşdıran, obyektivlik və operativlik prinsiplərinə sadiq qalan Teleqraf.com ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlar, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir.

 

Qarabağ, siyasət, toplum, dünya, iqtisadiyyat, sosium, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edən Teleqraf.com eyni zamanda “Brifinq”, “Tanımadığımız azərbaycanlılar”, “Kitabxana”, “Cinayət işi”, “Danışan şəkillər”, “Onun inboksu”, “Düşünmək vaxtı”, “Sözünü de”, “Tozlu xatirələr” adlı müxtəlif layihələri ilə məşhurdur.

 

1 mart tarixi “Teleqraf” Media Qrupuna daxil olan Publika.az xəbər portalının da ad günüdür. Bu saytlar 10 il ərzində özünü yetərincə təsdiqləyib, ölkənin ən çox oxunan portalları sırasında yer alıb.

 

Modern.az “Teleqraf” Media Qrupda çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu