Rusiya ordusunun Ukraynada əsir düşən hərbçilərinin görüntüləri yayılıb.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna döyüşçülərinin əsir aldıqları çoxsaylı Rusiya əsgərlərinin görüntüləri paylaşılır. Həmin kadrların Xarkov vilayətində çəkildiyi bildirilir.
Göründüyü kimi əsirlər əlləri bağlı, yaxud boyunlarının arxasında Ukrayna hərbçilərinin müşaiyəti ilə kalon şəklində gedirlər.