Modern.az

Ukraynanın iki ölkədəki səfiri geri çağırıldı

Ukraynanın iki ölkədəki səfiri geri çağırıldı

Dünya

1 Mart 2022, 14:38

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov geri çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski qərar qəbul edib.

 

Səfirin geri çağırılma səbəbi hələlik açıqlanmayıb. Ehtimal edilir ki, bu addım Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması ilə əlaqədardır.

 

Zelenskinin digər qərarı ilə Ukraynanın Qırğızıstandakı səfiri də geri çağırılıb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu