"Builki dövlət proqramının əvvəlki proqramdan fərqi bu olacaq ki, Təhsil Nazirliyi növbəti ildən başlayaraq konkret proqramları elan edəcək".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqində deyib.
Nazir bildirib ki, yüksək göstəricilərə malik ixtisasları olan ölkələrin universitetlərinə üstünlük veriləcək:
"Beləliklə, bu proqramda universitetlərin reytinqindən daha çox ixtisasların reytinqinə diqqət ediləcək. Ola bilər hansısa xarici universitetin adı heç top 500-lükdə yoxdur, amma ölkəmizə lazım olan hər hansı ixtisas üzrə yaxşı təhsil verir. Həmin universitetlərin adları da proqrama salınacaq".