Modern.az

Bağçalara qəbul yayda aparılacaq

Bağçalara qəbul yayda aparılacaq

Təhsil

1 Mart 2022, 15:08

Şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə qəbul yay aylarından başlanılacaq.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqdə deyib. 

 

Onun sözlərinə görə, artıq sentyabrda məktəbəqədər təhsil müəssisələrinə şagirdlərin qəbulu yay aylarından onlayn qaydada mərkəzləşmiş şəkildə həyata keçiriləcək:

 

“Bu isə əsaslı şəkildə xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il bağçalara işə qəbulla bağlı vakansiyaların elan edilməsi və işə qəbul MİQ vasitəsilə keçiriləcək. Bununla bağlı nümunəvi sual və sualların mahiyyəti barədə yaxın günlərdə, Novruzdan sonra açıqlama veriləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...