"Biz Təhsil Nazirliyi olaraq məktəblərdə summativ qiymətləndirmələrin onlayn sistemə keçirilməsinə çalışırıq".
Bu barədə Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə Modern.az-ın əməkdaşının sualını cavablandırarkən deyib.
Nazirin vurğulayıb ki, onlayn qiymətləndirmələr üçün bu il Bakı, Sumqayıt və Abşeron məktəblərində kompüterlərin sayının artırılması nəzərdə tutulur:
"Beləliklə, növbəti ildən həmin qiymətləndirilmənin onlayn formatda keçirilməsinə nail ola bilərik".