"Ötən dövlət proqramının məzunları xaricdə təhsil almaq üçün bu dəfə müraciət edə bilməzlər".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqində deyib.
Nazir bildirib ki, hər bir gəncə təhsilin bir pilləsində yalnız bir dəfə dövlət proqramından yararlanmaq şansı verilir:
"Yəni ki, şəxs əvvəlki proqram üzrə xaricdə bakalavr oxuyubsa, magistraturaya müraciət edə biləcək. Amma yenidən bakalavr olmaq üçün müraciət edə bilməz".