Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2013-cü ilin “İKT ili” elan olunması ilə bağlı mətbut konfransı keçirib. Modern.az-ın məlumatına görə, nazir qeyd edib ki, bu il bir neçə böyük layihələrin həyata keçirilməsi barədə qərar veriləcək.
“Ən əsası fevral ayında Azərbaycanın ilk kommunikasiya peyki orbitə çıxarılacaq. Bundan əlavə, kosmik proqramların həyata keçirilməsi istiqamətində bir neçə addımlar atacağıq”.
Əli Abbasov qeyd edib ki, “İKT ili”ndə Neft Fondu ilə birlikdə Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün 3 illik layihənin reallaşmasına başlanacaq.
“Bununla bağlı artıq Neft Fondundan 103 milyon vəsait ayrılıb. Bu layihə çərçivəsində güman edirik ki, genişzolaqlı internetin Azərbaycanda vəziyyətinin daha yaxşı olmasına gətirib çıxaracaq”-deyə, Ə.Abbasov bildirib.
Aytən Əliyeva