"Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində müzakirələr bu gün də davam edir. Çünki universitet açmaq heç də asan iş deyil".
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, uyğunlaşma ilə bağlı müzakirələr aparılır:
"Ümid edirəm ki, bu il olmasa da, gələn il tələbələri qəbul etməyi planlaşdırırıq. Hətta qarşılıqlı şəkildə nümayəndə heyətlərinin səfəri də gözlənilir".