Modern.az

Nazir müəllimlərin iş yükünün çoxluğunu TƏSDİQLƏDİ

Nazir müəllimlərin iş yükünün çoxluğunu TƏSDİQLƏDİ

Təhsil

1 Mart 2022, 15:27

Təhsil naziri Emin Əmrullayev orta məktəblərdə müəllimlərin vaxtlarının çox hissəsini sinif jurnalı, formativ, gündəlik, perspektiv planlaşdırma, elektron jurnal, şəxsi iş, elektron hesabata sərf etmələri səbəbindən şagirdlərlə məşğul olmağa zamanları olmaması məsələsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ilə bağlı brifinqində problemin müşahidə edilməsini təsdiqləyib.

 

Nazir deyib ki, müəllimlərin inzibati işlərlə bağlı yükünün çox olduğunu apardıqları monitorinqlərdə də görürülər:

 

Onun sözlərinnə görə, inzibati heyətdə təmsil olunan müəllimlərin bu barədə daha çox çətinliyi ola bilər: 

 

"Amma bir qisim müəllimlərin zamanı idarə etmək, sinif işini və sinifdənkənar işləri idarə etməklə bağlı təlimlərə ehtiyacı var. Müəllimin vəzifəsi tək sinifdə 45 dəqiqəni idarə etmək deyil. Bu dünyanın heç bir yerində yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...