Modern.az

Zelenski: “Bizi heç kim sındıra bilməz”

Zelenski: “Bizi heç kim sındıra bilməz”

Aktual

1 Mart 2022, 16:15

“Bizim xalqımız motivasiyalıdır, öz hüquqlarımız, azadlığımız üçün mübarizə apararırıq”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentində onlayn çıxışı zamanı bildirib.

 

“Bizi heç kim sındıra bilməz. Arzumuz övladlarımızın yaşamasıdır. Dünən 16 uşaq dünyasını dəyişib. Yenə Putin deyəcək ki, bu, bir növ əməliyyatdır. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Avropa İttifaqı daha güclü olacaq. Gücümüzü sübut edəcəyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək. Yaşasın Ukrayna!”, - deyə dövlət başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu