Modern.az

Rusiyalı tanınmışlar “Müharibəyə yox” DEDİLƏR

Rusiyalı tanınmışlar “Müharibəyə yox” DEDİLƏR

Dünya

1 Mart 2022, 17:01

Ukraynadakı müharibəyə qarşı rusdilli Change.org petisiyasında bir milyondan çox imza toplanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın peşəkar təşkilatlarının üzvləri də oxşar petisiyaları imzalayıblar.

 

Veteran hüquq müdafiəçisi Lev Ponomarev bu gün Moskvada 1 milyondan çox imza toplayan "Müharibəyə yox" petisiyasına qoşulub.

 

Ölkənin akademikləri, rəssamları, jurnalistləri, musiqiçiləri, iqtisadçıları və digər peşələri təmsil edən tanınmışları da petisiyada iştirak ediblər.

 

Rusiyanın tanınmış media xadimləri, o cümlədən yazıçı və jurnalist Mixail Zıqar, "Instaqram"da 5 milyondan çox izləyicisi olan sənədli film rejissoru Yuri Dud da sosial mediada müharibə əleyhinə yazılar paylaşıblar.

 

Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu