Rusiya və Belarusun voleybol komandaları bütün beynəlxalq yarışlardan uzaqlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyası qərar verib.
Qeyd olunan cəza yığma və klublara şamil olunur. Eyni zamanda bu qərar çimərlik futboluna da aiddir.
Qeyd edək ki, Federasiya bir müddət öncə kişilər arasında dünya çempionatının ev sahibliyini Rusiyadan geri alıb.