Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsi ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünün sürətləndirilməsinə dair qətnamə layihəsi hazırlayıb.
Modern.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Sənəd 13 bənddən ibarətdir və burada Aİ-yə üzv dövlətlər və institutlara Gürcüstanın ittifaqa daxil olmasının sürətləndirilməsi üçün lazımı addımların atılması ilə bağlı çağırış edilir.