Modern.az

"Binə" ticarətçilərinin məhkəməsi başladı: Proses qapalı keçirilir - YENİLƏNİB

"Binə" ticarətçilərinin məhkəməsi başladı: Proses qapalı keçirilir - YENİLƏNİB

21 Yanvar 2013, 11:53

Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi bu gün keçirilir.

Modern.az-ın Səbail rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi hələ başlamayıb.

Məhkəmə Bakı şəhərinin 5 fərqli rayonunda keçiriləcək. Əməkdaşımızın verdiyi məlumata görə, məhkəmənin qarşısındakı yolda hərəkət dayandırılıb. Səbail rayon Məhkəməsinin qarşısına polis əməkdaşları cəlb olub. Saxlanılan şəxslərin valideynləri, qohumları və yaxınları , o cümlədən ticarət mərkəzində işləyən şəxslər də məhkəmə qarşısına toplaşıblar.

***

Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi artıq başlayıb. Modern.az-ın Səbail rayon Məhkəməsində olan əməkdaşınıın verdiyi məlumata görə, məhkəmə  başlayıb, lakin məhkəmə qapalı keçirildiyindən, heç kim  məhkəməyə buraxılmır, ictimaiyyətə heç bir məlumat verilmir. Məhkəmənin qarşısında etirazçıların valideynləri,  qohum-əqrabaları dayanıb, məhkəmənin  nə vaxt bitməyini gözləyirlər. Hazırda  Səbail məhkəməsində 3 nəfər mühakimə olunur. Məhkəmə qarşısında sakitlikdir,  heç bir hay-küy, etiraz yoxdur, məhkəmə binasını polislər əhatə edib.

Elçin Ağayev

      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi