Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən teleqülləyə aviazərbə endirilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
O, qüllənin Rusiya ordusunun atəşinə məruz qaldığını bildirib. Məlumata görə, Ukrayna televiziyaları bir neçə dəqiqə əvvəl yayımı dayandırıb.