Modern.az

Lənkəran və Daşkəsəndə yanğın olub

Lənkəran və Daşkəsəndə yanğın olub

Hadisə

1 Mart 2022, 19:39

Lənkəranda və Daşkəsəndə yanğın hadisələri olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, Lənkəranın Girdəni kəndində ümumi sahəsi 28 m² olan təndirxananın yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Daşkəsən şəhərində isə ümumi sahəsi 20 m² olan fəaliyyət göstərməyən çayxananın tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi və içərisində olan əşyalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?