Ukraynanın Xarkov şəhərində yaşayış binasına endirilən aviazərbə 8 nəfərin həyatına son qoyub.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hücum zamanı daha 6 nəfər yaralanıb. Yaşayış binasından 38 nəfər xilas edilib, onlardan ikisi dağıntılar altından çıxarılıb.
Axtarış-xilasetmə işləri davam edir.