Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 203 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 403 min 117 nəfərin test edildiyi, 59 min 885 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 71 min 545 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.