Rusiya ordusu müharibənin başlamasından bu günədək Ukrayna ərazisinə 400-dən çox raket atıb.
Modern.az xəbər verir ki, bu barədə Pentaqondan CNN-ə verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Rusiya tərəfindən paytaxt Kiyevlə yanaşı Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirilib.
Eyni zamanda diqqətə çatdırılıb ki, Ukrayna kifayət qədər raketdən müdafiə sistemlərinə malikdir.