Modern.az

“Exo Moskvı” radiosunun yayımı dayandırıldı

“Exo Moskvı” radiosunun yayımı dayandırıldı

Dünya

1 Mart 2022, 23:47

Rusiyada fəaliyyət göstərən “Exo Moskvı” radiostansiyasının yayımı dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə radiostansiyanın baş redaktoru Aleksey Venediktov məlumat verib.

 

Radio Moskva vaxtı ilə saat 21:00-da efirdən çıxarılıb.

 

Bundan əvvəl ölkənin Baş Prokurorluğu “Exo Moskvı” və “Dojd” telekanalının saytlarının bağlanması və bloklanacağı barədə xəbərdarlıq edib. Bundan sonra hər iki medianın saytlarına daxil olmaq mümkün olmayıb.

 

Baş Prokurorluq sözügedən media orqanlarının Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yalan məlumat yaydığını açıqlayb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu