Modern.az

Rusiyanın ələ keçirməyə çalışdığı ŞƏHƏRLƏR

Rusiyanın ələ keçirməyə çalışdığı ŞƏHƏRLƏR

2 Mart 2022, 00:14

Hazırda Rusiya ordusunun hədəfində olan şəhərlər açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat yayıb.

 

Onun sözlərinə görə, Rusiya qoşunları paytaxt Kiyev, Xarkov və Xerson şəhərlərini işğal etmək niyyətindədir. Bu məqsədlə Rusiya ordusu daha çox bu şəhərlər istiqamətində cəmləşib.

 

“Üç ən qaynar nöqtə formalaşıb. Bunlar Kiyevin şimal kənarlarıdır. Makarov vilayətində 20-30 km məsafədə, Jitomir şossesində düşmən qoşunlarının cəmləşdiyi yer var. İkinci qaynar nöqtə Xarkovdur. Hazırda orada artilleriya döyüşləri gedir, düşmən təyyarələri işləyir, ordumuz cavab verir”, – Aleksey Arestoviç Rusiyanın hücumu ilə bağlı operativ vəziyyət barədə danışarkən deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu