Modern.az

“Boeing” Rusiyaya satışı DAYANDIRDI

“Boeing” Rusiyaya satışı DAYANDIRDI

2 Mart 2022, 08:30

ABŞ-ın “Boeing” aviakonserni Rusiya aviaşirkətlərinə ehtiyat hissələrin tədarükünü və onlara texniki dəstəyi dayandırıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı "Boeing" rəsmi bəyanat yayıb.

 

"Biz Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükü, onlara texniki xidmət və texniki dəstəyi dayandırırıq", - bəyanatda deyilir.

 

Bundan əvvəl "Boeing" Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Kiyevdəki ofisinin, eləcə də Moskvadakı Skolkovo təlim mərkəzinin işini dayandırmışdı. Təlim mərkəzi "Boeing" təyyarələrində uçan pilotların yenidən hazırlanması və ixtisaslarının saxlanılması üçün ən yaxşı yerlərdən hesab olunur.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu