Rusiya gəmilərinin Böyük Britaniya limanlarına girişi qadağan olunub.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps tviter səhifəsində bildirib.
“Martın 1-dən etibarən Böyük Britaniyanın heç bir limanına Rusiya bayrağı altında üzən, bu ölkədə qeydiyyatdan keçən, onun tərəfindən nəzarət olunan və ya icarəyə götürülən, idarə edilən hər hansı gəminin girişinə icazə verilməyəcək”, - deyə nazir qeyd edib.