Modern.az

Ukrayna Müdafiə Nazirliyi son durumu AÇIQLADI

Ukrayna Müdafiə Nazirliyi son durumu AÇIQLADI

2 Mart 2022, 09:48

“Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, Rusiya Kiyevə hücumu davam etdirir".

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Ukraynanın bir neçə şəhərində işğalçıların qarşısı alınıb. Bura Kozelets, Bobrovitsa və Makiyev əraziləri daxildir. Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələrində isə düşmən hücum imkanlarını itirdi. Düşmən Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edir. Boxoduxiv, Çuqiv, Şevçenkove ərazilərində işğalçıların qarşısı alınıb.

 

Donetsk istiqamətində uğur qazana bilməyən təcavüzkar Mariupol şəhərini mühasirəyə almağa başlayıb. Düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarını davam etdirir. Həmçinin dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir. Uğur qazana bilməyən düşmən mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket endirməkdə davam edir. Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var. Birlikdə qalib gələcəyik!”, - nazirliyin yaydığı məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu