Modern.az

Azərbaycan neftindən daha bir REKORD

Azərbaycan neftindən daha bir REKORD

2 Mart 2022, 10:00

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,4% və ya 9,6 dollar artaraq 111,9 dollar təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi