Amerikanın “Apple” şirkəti Rusiyaya göndərilən bütün məhsulların satışını dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə şirkət rəsmi açıqlama yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya hücumu ciddi narahatlıq doğurur.
Şirkət humanitar səyləri dəstəklədiyini və qaçqın böhranına yardım göstəriləcəyini bəyan edib. Həmçinin qeyd olunub ki, “Apple” şirkətinin bölgədəki komandalarına dəstək tədbirləri görüləcək.