Modern.az

“İslamçıların prezident seçkilərində öz namizədi olacaq” - AÇIQLAMA

“İslamçıların prezident seçkilərində öz namizədi olacaq” - AÇIQLAMA

21 Yanvar 2013, 14:18

“İslamçılar mübarizədən nə qorxur, nə də çəkinir. Mən qəti əminəm ki, Azərbaycanda islamçılarının iştirakı olmadan heç bir qüvvə qalib gələ bilməyəcək”.
Bu barədə Azərbaycan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədov islamçıların prezident seçkilər ilə bağlı mövqeyini Modern.az-a şərh edərkən bildirib. Onun sözlərinə görə, İslam Partiyası seçkilərdə müxalifətin vahid komanda şəklində iştirakının tərəfdarıdır. R.Əhmədov həmçinin bildirib ki, bu birlik baş tutmayacağı  təqdirdə islamçılar öz namizədlərini müəyyən edəcəklər.

“Seçkilərlə bağlı geniş müzakirələr aparmaq lazımdır. Hələki partiya seçkilərlə bağlı hər hansı təkliflə çıxış eləməyib. Amma hesab edirik ki, sekçilərlə əlaqədar müxalifətin vahid komandası və vahid proqramı müəyyənləşməlidir. Ya da Azərbaycan islamçıları seçkilərdə öz namizədi ilə iştirak edəcək. Vahid komanda olmasa, islamçılar öz qərarını verəcək. Ola bilsin ki, islamçıların öz namizədi irəli sürülsün. Bu da təbii ki, mövcud durumdan asılı olacaq. Əgər belə bir vahid birlik formalaşarsa, biz onlara öz dəstəyimizi verəcəyik. İslamçılar seçkilərdə hansı şərtlə iştirak edəcəyini ictimaiyyətə elan edəcək”, - deyə R.Əhmədov vurğulayıb.

Hazırki durumda dini kəsimin ölkədəki ictimai-siyasi proseslərə təsir etmək üstünlüyünə malik olduğunu deyən sədr müavini bildirib ki, islamçıların iştirakı olmadan heç bir qüvvə qalib gələ bilməyəcək:

“Bu gün Azərbaycanda bu və ya digər formada islamçı kəsimin aktivliyi hiss olunur. Onlara qarşı amansız təzyiqlər islamçıları mübarizəyə sövq edir. İslamçılar mübarizədən nə qorxur, nə də çəkinir. Mən qəti əminəm ki, Azərbaycan islamçılarının iştirakı olmadan heç bir qüvvə qalib gələ bilməyəcək”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi