“Bu gün Ukrayna şərqdən qərbə, cənubdan şimala yanır. Uşaqlarımız, qadınlarımız, kişilərimiz və dünyanın ən ləyaqətli əsgərləri ölür.
Bizim düşmənimiz 7 gün əvvəl dinc xalqıma və Ukrayna dövlətinə qarşı işğalçı müharibəyə başlayan Moskva xuntasıdır, rus faşist rejimidir”.
Modern.az xəbər verir ki, bu sözləri Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko deyib.
O, Rusiyaya və ruslara - “Ukraynaya qarşı işğalçılıq müharibəsi açanlara və onu aparanlara” müraciət edib.
Yuşşenko müraciətini şəxsi Facebook səhifəsində yerləşdirib.
Eks-prezident Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq “qısa şəxsi qeydim fikrimcə, heç vaxt əsl kişi cəsarəti və ləyaqətinə sahib olmayan bir insana ünvanlanıb”, - deyə vurğulayıb.
Bununla belə o, sözlərinin Rusiya rəhbərliyi tərəfindən başa düşüləcəyi və qəbul ediləcəyi fikrində olmadığını da qeyd edib.
Yuşşenko Putinə və onun müharibə aparan ordusuna xitabında qeyd edib:
“Mən açıq danışacağam.
Ukrayna buna görə sizi heç vaxt bağışlamayacaq! Ən azından indiki nəsillər.
Siz lənətlənmisiniz!
Siz siz vəbasınız, müqəddəs Ukrayna torpağına əzab gətirən cəlladlarsınız, mənim sevimli Ukrayna xalqımı və dövlətimi ölümlə üzbəüz qoymusunuz. Heç kim sizi bura çağırmayıb və sizi heç bir Ukrayna evində, heç bir Ukrayna kəndində və qəsəbəsində görmək istəmir. Bu gün yalnız Ukraynanın xam torpağı sizi məmnuniyyətlə uda bilər. Yeri gəlmişkən, o artıq yeddinci gündür bunu uğurla edir!
Bizim gələcəyimiz sizsiz olacaq!
Əminəm ki, amansız insani və ilahi mühakimə ilə qarşılaşacaqsınız.
Cəhənnəmdə yanacaqsınız. Bu, sizin üçün ən yaxşı və ən layiqli yer olacaq”.
Yuşşenko Putin rejimini MDB-nin bəzi məkanlarında - Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Krım, Donbass və Qarabağda müharibə aparmaqda ittiham edib.
Eks-prezident rəsmi Kremlin başladığı bugünkü müharibənin Ukrayna və Rusiyaya qarşı apardığı 25-ci müharibə olduğunu qeyd edib.
“Ruslara - yenə də hələ də düşünən, vicdanı olanlara müraciət edirəm - siz hamınızın adından fəaliyyət göstərən cinayətkar rejimi saxlayır və dəstəkləyirsiniz. Siz bu günün və onun hadisələrinin ortaqlarısınız.
Düşünməyi öyrənin!
Vicdanınızın oyanmasını və yüksək səslə danışmasını gözləyirik.
Bu sizin məsuliyyətinizdir”.
V.Yuşşenko sonda bir daha Rusiya prezidenti V.Putini nəzərdə tutaraq, onun manik dəliliyinə son qoymasını arzu edib. Eyni zamanda qeyri-etik ifadə ilə Putini söyüb və Ukraynadan çıxıb getməyi tələb edib.