Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkiləri ilə bağlı bu gündən etibarən seçim kampaniyasına start verilib. Modern.az-ın erməni KİV-lərinə istanadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, kampaniya fevralın 16-dək davam edəcək.
Kampaniya daxilində hər bir namizəd üçün dövlət televiziyasında çıxış etmək hüququ verilib. Televiziyada son çıxışını namizəd olaraq hazırki prezident Serj Sərkisyan fevralın 16-da edəcək.
Qeyd edək ki, gələn ay Ermənistanda keçiriləcək prezident seçkilərinə 8 namizəd mübarizə aparacaq.
Anar