Modern.az

Prezident Ukraynadan təxliyə ilə bağlı TAPŞIRIQ VERDİ

Prezident Ukraynadan təxliyə ilə bağlı TAPŞIRIQ VERDİ

Aktual

2 Mart 2022, 14:44

Prezident İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reysləri yerinə yetirəcək.

 

Bu barədə Modern.az-a AZAL-dan bildirilib.

 

Məlumata görə, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

 

Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

 

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

 

Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi