Modern.az

Rusiyaya qarşı 4-cü sanksiya paketi hazırlanır

Rusiyaya qarşı 4-cü sanksiya paketi hazırlanır

2 Mart 2022, 14:52

Avropa İttifaqı Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyaya qarşı dördüncü sanksiya paketinin üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bildirib.

 

“Biz artıq güclü sanksiyalar tətbiq etmişik. Hazırda dördüncü sanksiya paketi üzərində işləyirik. Martın 4-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin ABŞ-ın dövlət katibi Entoni Blinkenlə xüsusi iclası baş tutacaq”, - deyə XİN başçısı açıqlama verib.

 

Onun sözlərinə görə, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər effektini göstərir. Belə ki, birjalar bağlanır, rubl sürətlə ucuzlaşır.

 

Bundan əlavə, A.Şallenberq yeni sanksiyaların iri biznesmenlərə, oliqarxlara təsir edəcəyini və hazırda bu istiqamətdə xüsusi siyahıların hazırlandığını diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu